01:03 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
9301

Səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda yanğın hadisəsi olub

BAKI, 1 sentyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi Bakıda sərnişin avtobusunda yanğın olması barədə məlumat yayıb.

Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 01.09.2020 tarixində səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

Əsas mövzular