CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdaşda dəhşətli qəza: çinara çırpılan üç gənc həlak oldu

CC0 / Rico_Loeb / crushПоврежденный в ДТП автомобиль марки ВАЗ-2106, фото из архива
Поврежденный в ДТП автомобиль марки ВАЗ-2106, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərxoş olan sürücü və həmkəndlisi ağır bədən xəsarətləri aldıqları üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar

BAKI, 26 avqust — Sputnik. Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu “VAZ 2106” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çinar ağacına çırpılıb. Qəza zamanı avtomobildə olan 3 sərnişin - Kotanarx kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyarov Nəsir Ənvər oğlu, 1998-ci il təvəllüdlü Əliyarov Nəsib Mahmud oğlu və 1998-ci il təvəllüdlü Qəribov Şəmistan Bəhlul oğlu hadisə yerində dünyasını dəyişib. Sərxoş olan sürücü, Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu və həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayılov Səlim Şavəddin oğlu ağır bədən xəsarətləri aldıqları üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0