CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ov adını eşidən "nişangaha gəlir"

© pixabay / andreas160578Ovçu
Ovçu - Sputnik Azərbaycan
Abunə olmaq
Brakonyerlərdən 66 ədəd qanunsuz olaraq ovlanmış müxtəlif növ çöl quşu, ov silahları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb

BAKI, 26 avqust — Sputnik. Dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, həyata keçirilən sonuncu belə tədbir zamanı Lənkəran şəhərində Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli Parkında qanunsuz olaraq quş ovlayan Lənkəran şəhər sakinləri Nail Cabbarov və onun qohumu İmamverdi Orucov saxlanılıblar. Həmin şəxslərin üzərinə və əllərindəki bağlamalara baxış zamanı ümumilikdə 66 ədəd qanunsuz olaraq ovladıqları müxtəlif növ çöl quşu, ov silahları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərin ümmumiyyətlə, ovçuluq etmək üçün sənədləri yoxdur və onların ovladıqları quşların bəzilərinin adı “Qırmızı” kitaba düşən növlərdəndir. Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsi ovçuluq və balıqçılıqla məşğul olmaq istəyən şəxslərin diqqətinə bir daha çatdırır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən qaydalar çərçivəsində bu fəaliyyətlə məşğul ola bilərlər.

Balıqçılar hansı növə aid balıqların tutulmasının qadağan olduğunu, ov etmək istəyən şəxslər isə vurulması qadağan edilən adı “Qırmızı” kitaba düşən quşlar barədə məlumatları Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək əldə edə bilərlər. Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz olaraq ov alətlərindən istifadə edən, adı “Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllərində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə 1 sentyabr tarixindən etibarən açıq elan edilir.

Xəbər lenti
0