CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuxu tutan sürücü bitum dolu yük maşınını dəmir arakəsmələrə çırpdı - FOTO

© Sputnik / Rahim MammadovGoranboyda yol-nəqliyyat hadisəsi
Goranboyda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
İritonnajlı avtomobil xüsusi alət və texnikaların köməyi ilə qəza yerindən çıxarılıb. Təhlükənin baş verməməsi üçün hadisə yeri yuyulub

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Yol qəzası Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində baş verib. Üzü Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı yük maşını dəmir arakəsmələrə çırpılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə nəticəsində Kürdəmir rayon sakini olan sürücü xəsarət almasa da yol təsərüffatına xeyli ziyan dəyib.

© Sputnik / Rahim Mammadov
Goranboyda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
1/4
© Sputnik / Rahim Mammadov
Goranboyda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
2/4
© Sputnik / Rahim Mammadov
Goranboyda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
3/4
© Sputnik / Rahim Mammadov
Goranboyda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

İlkin ehtimala görə, qəza sürücünün yuxulaması nəticəsində baş verib. Sükana hakimiyyəti itirən Kürdəmir sakini qəza törədib. Qəza nəticəsində magistral yolu ayıran dəmirlər və işıq dirəyi sıradan çıxıb. İritonnajlı avtomobil xüsusi alət və texnikaların köməyi ilə qəza yerindən çıxarılıb. Təhlükənin baş verməməsi üçün hadisə yeri yuyulub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0