CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tramp Texas ştatında fövqəladə vəziyyət rejimi elan edib

© REUTERS / Shannon StapletonФлаг США, фото из архива
Флаг США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili Təhlükəsizlik Nazirliyi və Fövqəladə Vəziyyət üzrə Federal Agentliyə insanların xilas edilməsi və əmlakın qorunması, eyni zamanda insanların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bütün fövqəladə yardım tədbirlərini əlaqələndirmək səlahiyyəti verilib.

BAKI, 25 avqust — Sputnik. Birləşmiş Ştatların Prezidenti Donald Tramp Texas ştatını vurmuş “Marko” və “Lauro” tropik qasırğaları ilə bağlı bu bölgədə fövqəladə vəziyyət elan edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Bu qərar Daxili Təhlükəsizlik Nazirliyi və Fövqəladə Vəziyyət üzrə Federal Agentliyə insanların xilas edilməsi və əmlakın qorunması, eyni zamanda insanların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bütün fövqəladə yardım tədbirlərini əlaqələndirmək səlahiyyəti verir.

Federal mərkəz fəlakətlə mübarizə xərclərinin 75%-ni ödəyəcək.

Xəbər lenti
0