11:41 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
20 0 0

Vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib

BAKI, 22 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat qəsəbəsi ərazisində yerləşən Beşbarmaq dağında köməksiz vəziyyətdə qalan 1 nəfərin xilas olunması üçün müraciət daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a  verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş dağdan düşürülüb və halsız vəziyyətdə olduğu üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Əlaqədar

Şimala gedənlərin üz tutduğu məkan - “Beşbarmaq piri" ilə bağlı daha bir sərəncam
Siyəzəndə yanğın zamanı iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanıb
Bu pirə artıq pulsuz getmək olmayacaq
Suyu gördülər, uşaqları yaddan çıxdı

Əsas mövzular