CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranskinin qətlinə görə 4 il sonra qisas aldılar

CC0 / Skitterphoto / pistolПистолет
Пистолет - Sputnik Azərbaycan
Abunə olmaq
Rövşən Lənkəranski ilə Lotu Qulinin arası Rusiyada tərəvəz və göyərti bazarının bölüşdürülməsi zamanı dəyib

BAKI, 20 avqust — Sputnik. Azərbaycanın əsas qanuni oğrularından sayılan, kriminal aləmdə Lotu Quli kimi məşhur olan Nadir Səlifovu qisas məqsədi ilə öldürüblər.

Sputnik Azərbaycan bildirir ki, «Прайм Крайм»ın yazdığına görə, dörd il əvvəl öldürülən Rövşən Canıyev (Lənkəranski) Lotu Qulinin əsas rəqibi idi və Səlifov məhz həmin qətlə görə vurulub.

Agentliyin məlumatına görə, qətl anında Lotu Quli nömrəsində arxası qapıya oturaraq qumar oynayırmış. Ondan savayı otaqda daha iki nəfər, o cümlədən mühafizəçisi varmış. İçəri daxil olan qatilə - Xaqan Zeynalova (Xan Bakinski) heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan Səlifovun etibarını qazanaraq onun dəstəsinə qoşulubmuş. O, qanuni oğrunu ənsəsindən güllələyib.

Lotu Quli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanlı kriminal avtoritet "Lotu Quli" Türkiyədə qətlə yetirilib

Qulinin mühafizəçisi cavab atəşi açsa da, Zeynalov hadisə yerindən uzaqlaşıb. Bir qədər sonra onu Dənizli şossesində polislər yaxalayıblar.

Lotu Quli müasir oğru dünyasının ən məşhur üzvlərindəndi. 1972-ci ildə doğulan Nadir Səlifov Azərbaycanın koloniyalarında uzun illər keçirib. 2000-ci ildə qanuni oğru olub. Son vaxtlar Rusiyada da koloniyalara nəzarət edən Quli ilə rəqibləri arasında münaqişələr artmışdı.

Rövşən Lənkəranski ilə Qulinin arası Rusiyada tərəvəz və göyərti bazarının bölüşdürülməsi zamanı dəyib. 2016-cı ildə Lənkəranskini İstanbulda güllələyəndən sonra Quli və ətrafını bu qətldə birinci şübhəli bilmişdilər. Lənkəranskinin ölümündən sonra onun tabeliyində olan Yekaterinburqdakı tərəvəz bazası Qulinin əlinə keçmişdi.

2019-cu il mayın 6-da xəbər yayıldı ki, Azərbaycandan olan qanuni oğrular Lotu Qulini onun Rusiyadakı obyektlərindən sıxışdırıb çıxarmağa başlayıblar. Onlar arasında Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski), eləcə də Əli Heydərovun (Kürən Albert) adları çəkilir.

Xəbər lenti
0