Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İmişlidə qətl - iki qohum bıçaqlandı, biri öldü

© Sputnik / Murad OrujovМужчина с ножом, фото из архива
Мужчина с ножом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

BAKI, 12 avqust — Sputnik. Dünən saat 21 radələrində İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla İmişli rayon sakini, 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun həmin gün saat 20 radələrində aralarında yaranan mübahisə zamanı həmkəndlisi Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmirahova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb. Pünhan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0