Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəmkirdə "Canavar" ələ keçdi, amma əməli heç canavara yaraşmır

© AFP 2023 / FRED DUFOUR Мужчина в наручниках в полицейском участке, фото из архива
 Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxslər istintaqa təhvil veriliblər, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır

BAKI, 12 avqust — Sputnik. Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon sakinləri, əvvəllər məhkum olunmuş 42 yaşlı Tural Ələsov, 46 yaşlı Vüqar Zamanov və 42 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Şirxan Aslanov narkotik vasitələrin qanunsuz satışında və saxlanmasında şübhəli bilindikləri üçün saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadla xəbər verir ki, onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman T. Ələsovdan 1.296 qram, Ş. Aslanovdan 0.253 qram, Vüqar Zamanovdan isə 0.289 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Şirxan Aslanov və Vüqar Zamanov narkotik vasitəni "Canavar" ləqəbi ilə tanıdıqları Tural Ələsovdan aldıqlarını etiraf ediblər.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Dilqəm Məmmədov saxlanılaraq RPŞ-yə gətirilib və onun üzərinə keçirilmiş baxış zamanı 13.533 qram narkotik vasitə olan həşiş və 0.676 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Rayon Polis Şöbəsinin daxil olmuş məlumat əsasında keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində, qanunsuz olar narkotik vasitə əkib-becərməkdə şübhəli bilinən rayonun sakini, əvvəllər məhkum olunmuş 45 yaşlı Ömər Rzayevin Yuxarı Seyfəli kəndi ərazisindəki həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan 5 ədəd ümumi çəkisi 12 kq 400 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil veriliblər, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti
0