Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Netflix"in ulduzu intihar etdi

© AFP 2023 / Brian AchDeyzi Koulmen, arxiv şəkli
Deyzi Koulmen, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ana: "Düşünürəm ki, mənə onsuz yaşaya biləcəyimi göstərmək istədi. Amma mən bacarmıram. Bütün ağrısını götürmək istərdim".

BAKI, 7 avqust — Sputnik. 23 yaşlı məşhur amerikalı aktrisa və model Deyzi Koulmen intihar edib. Bu barədə ulduzun anası Melinda öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, qızı ötən gün axşam həyatına son qoyub. Anası bildirib ki, qızı Deyzi 14 yaşındakı təcavüz sarsıntısından hələ də özünə gələ bilmirmiş. O deyib ki, Deyzi Koulmen və rəfiqəsi məktəbdə ikən seksual zorakılığa məruz qalıblar. Hadisədən sonra sosial şəbəkədə ona qarşı qarayaxmalar, ailəsinə qarşı isə təhdidlər yazılmağa başlayıb. Üstəlik, onları təhqir edənlər cəzadan yayına biliblər. Ulduzun anası əlavə edib ki, "Netflix" ulduzu baş verənlərdən heç vaxt qurtula bilməyib: "O, mənim ən yaxşı dostum və gözəl qızım idi. Düşünürəm ki, mənə onsuz yaşaya biləcəyimi göstərmək istədi. Amma mən bacarmıram. Bütün ağrısını götürmək istərdim".

Король рок-н-ролла Элвис Пресли - Sputnik Azərbaycan
Əfsanəvi müğənninin nəvəsi intihar etdi

Qeyd edək ki, Koulmen məktəbdə oxuyarkən rəfiqəsi ilə birgə dostlarını ziyarət etdiyi zaman cinsi istismara məruz qalmışdılar. Təcavüzkar keçmiş ABŞ senatoru Metyu Barnettin nəvəsi olub və baş verən hər şey lentə alınıb. O vaxt Koulmen 14 yaşında idi. Bundan sonra Barnett qızı evinə aparıb və eyvanda buraxıb. Deyzinin anasının dediyinə görə, gecə demək olar ki, havanın temperaturu sıfıra bərabər olub. Səhər qızını eyvanda tapanda onun saçları soyuqdan yerə yapışıb. Eyni zamanda bu işi görən yeniyetmələr cəzadan qaçıblar, ittihamlar aradan götürülüb.

Tükürpədici hadisədən sonra, Deyzi Koulmeni sosial şəbəkələrdə təhqir etməyə başlayıblar və ailəsinə təhdidlər gəlib. Deyzinin anası işdən qovulub və müəmmalı şəraitdə evləri yanıb.

2016-cı ildə sözügedən hadisədən bəhs edən "Odri və Deyzi" adlı sənədli film, ABŞ-ın transmilli şirkəti olan "Netflix"-də yayımlanıb.

Bundan sonra Koulmen "Demokratiya indidir" və "Texas - ölüm tələsi" seriallarında çəkilib. O, həm də model və döymə sənətçisi kimi çalışıb.

Xəbər lenti
0