08:06 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
72 0 0

Bu gün günorta saatlarında Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın bir neçə saat sonra söndürülüb

BAKI, 31 iyul — Sputnik. Bu gün Siyəzən rayonunun Sədan kəndi ərazisində başlayan yanğın zamanı xəsarət alan iki nəfər ölüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, ağır yanıq xəsarətləri alan kənd sakinləri - 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşad oğlu və 1956-cı il təvəllüdlü Qanbayev Nizami Əli oğlu paytaxtda yerləşən tibb müəssisələrindən birinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. 

C. Zeynalov rayon İcra Hakimiyyətinin Sədan kəndi üzrə icra nümayəndəsinin qardaşıdır.

Qeyd edək ki, bu gün günorta saatlarında Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın bir neçə saat sonra söndürülüb. Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

Əlaqədar

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb, FHN-in 2 helikopteri hadisə yerinə cəlb olunub
ETSN Siyəzəndəki dağlıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb

Əsas mövzular