CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ETSN Siyəzəndəki dağlıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb

© Sputnik / Shahperi AbbasovaEkologiya və Təbii sərvətlər nazirliyi
Ekologiya və Təbii sərvətlər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

BAKI, 31 iyul - Sputnik. İyulun 31-də Siyəzən rayonunun Sədan kəndi yaxınlığında bələdiyyə ərazisinin dağlıq və dağətəyi sahəsində yanğın hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova yanğının söndürülməsi üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, 2 helikopteri, ETSN-nin yerli qurumlarının və Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunduğunu bildirib.

Пожарный вертолет Ми-8, задействованный в тушении пожара, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb, FHN-in 2 helikopteri hadisə yerinə cəlb olunub

"Yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb.

Hazırda yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır", - Nazirlik rəsmisi vurğulayıb. 

Xəbər lenti
0