Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qonşu evində "xəzinə" basdırdı, ziyana düşdü

© AR Ministry of Internal AffairsSaxlanılan şəxs
Saxlanılan şəxs - Sputnik Azərbaycan
Abunə olmaq
Yarımtikilidən kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 5 kq olan 10 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

BAKI, 30 iyul — Sputnik. Qonşusuna məxsus yarımtikilidə narkotik yetişdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayon sakini, əvəllər məhkum olunmuş 37 yaşlı Səbuhi Səmədovun qonşusu C.Əhmədova məxsus, yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməsi barədə məlumat daxil olub.

© AR Ministry of Internal AffairsSaxlanılan şəxs Səbuhi Səmədov
Qonşu evində xəzinə basdırdı, ziyana düşdü - Sputnik Azərbaycan
Saxlanılan şəxs Səbuhi Səmədov

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 5 kq olan 10 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0