CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyə sədri koronavirusun qurbanı oldu

© AFP 2023 / MARK FELIXТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdə rayonunda indiyə qədər 12 nəfər koronavirusa yoluxmadan dünyasını dəyişib. Qonşu Ağcabədi rayonunda da COVID-19-dan vəfat edənlər var

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri bir neçə gün əvvəl koronavirusdan dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bölgələrdə də COVID-19-dan dünyasını dəyişənlərin sayı artıb. Bərdə rayonunda indiyə qədər 12 nəfər koronavirusa yoluxmadan dünyasını dəyişib. Qonşu Ağcabədi rayonunda da COVID-19-dan vəfat edənlər var. Ağcabədi rayon Təzəkənd bələdiyyəsinin sədri, 1961-ci il təvəllüdlü Qasımova Kamilə Salman qızı da COVID-19-dan dünyasını dəyişib.

Onu da qeyd edək ki, Kamilə Qasımova Ağcabədi rayonunun ictimai həyatında fəal qadınlardan biri olub.

Xəbər lenti
0