CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşerondakı kütləvi davada ölü və yaralı sayı artıb

CC BY-SA 2.0 / Erik Gregg / KnifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kütləvi davanın azı 5-6 nəfər arasında yarandığı bildirilir. Şahidlərin sözlərinə görə, dava qız söhbəti üstündə yaranıb.

BAKI, 26 iyul - Sputnik. Abşeron rayonu, Xırdalan şəhərində baş vermiş qanlı insidentin bəzi təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, şəhərin Mirzə İbrahimov küçəsində bir neçə şəxs arasında qeydə alınmış kütləvi dava zamanı daha bir nəfərin xəsarət aldığı dəqiqləşib. Belə ki, hadisə zamanı qətlə yetirilən Məmməd Məmmədovun qardaşı Xəlil Məmmədov da xəsarət alaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Beləliklə, bu hadisə zamanı xəsarət alanların sayı 3 nəfərə çatıb. Dava zamanı 1992-ci il təvəllüdlü Tural Firudin oğlu Quliyev, 1992-ci il təvəllüdlü İlqar Yaşar oğlu Həsənəliyev də yaralanıblar. Ölən isə 2 nəfərdir. Məmməd Məmmədovdan başqa Həsən adlı şəxs də aldığı zərbələrdən keçinib.

Kütləvi davanın azı 5-6 nəfər arasında yarandığı bildirilir. Şahidlərin sözlərinə görə, dava qız söhbəti üstündə yaranıb.

Hadisə ilə bağlı istintaq araşdırmalarına başlanılıb. Abşeron rayon Prokurorluğunun əməkdaşları və polis nümayəndələri hadisə yerində olub.

Xəbər lenti
0