01:01 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
44 0 0

Bakı şəhəri 270 nömrəli tam orta məktəbin direktoru Əli Bayraməli oğlu İsgəndərov bu gün vəfat edib.

BAKI, 23 iyul - Sputnik. Bakıda məktəb direktoru vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri Suraxanı rayonundakı E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin direktoru Əli Bayraməli oğlu İsgəndərov vəfat edib:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və kollektivi Bakı şəhəri 270 nömrəli tam orta məktəbin direktoru Əli İsgəndərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir".

Əli İsgəndərov 1956-cı ildə Naxçıvan şəhərində anadan olub. 2006-cı ildən 2014-cü ilə qədər yeni yaranan Bakı Şəhər Təhsil İdarəsində məsləhətçi vəzifəsində işləyib. 2014-cü ildə Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qaranzadə adına 270 saylı tam orta məktəbə direktor təyin olunub.

Əsas mövzular