Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Meşədə ağac kəsmək canından etdi

© pixabay / pixel2013Meşə, arxiv şəkli
Meşə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Səxavət Alışovun qonşuları ilə birlikdə meşədə ağac kəsərkən ağac parçasının baş nahiyyəsinə dəyməsi nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi müəyyən edilib.

BAKI, 22 iyul — Sputnik. İyulun 21-də saat 14 radələrində Lerik rayonu, Kekoni kənd sakini Səxavət Alışovun meşədə ağac kəsərkən xəsarət alaraq ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Lerik rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Səxavət Alışovun qonşuları ilə birlikdə meşədə ağac kəsərkən ağac parçasının baş nahiyəsinə dəyməsi nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma davam etdirilir.

Xəbər lenti
0