Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məleykə Abbaszadənin qızı qəflətən vəfat edib

© Sputnik / Murad OrujovПредседатель Совета директоров Государственного экзаменационного центра Малейка Аббасзаде
Председатель Совета директоров Государственного экзаменационного центра Малейка Аббасзаде - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət İmtahan Mərkəzinin sədrinin 44 yaşlı qızı qəflətən öz evində ürək tutmasından dünyasını dəyişib.

BAKI, 18 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə paylaşım edib.

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verildiyi deyilir. Məlumata görə, M.Abbaszadənin 44 yaşlı qızı qəflətən ürəktutmadan dünyasını dəyişib. 

Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir. 

44 yaşlı N.Abbaszadə 2016-cı ildən ADPU-nun prorektoru vəzifəsində çalışırdı. Daha əvvəl isə Müəllimlər İnstitutunun prorektoru olub. Mərhumun 7 yaşlı oğlu və 6 yaşlı qızı var. O, xalq yazıçısı Hüseyn Abbaszadənin hazırda ABŞ-da yaşayan oğlu İlqar Abbaszadənin qızıdır.

Allah rəhmət eləsin!

Xəbər lenti
0