19:26 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
10 0 0

Çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan "VAZ 2101" markalı minik avtomobilinə çırpılıb

BAKI, 8 iyul – Sputnik. Xaçmaz rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobili qəzaya uğrayıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan "VAZ 2101" markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində "VAZ"ın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğluvə sərnişini 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş-beyin silkələnməsi, üzün çoxsaylı cırıqları diaqnozu qoyulub.

S.İslamovun vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda FHN-in yanğınsöndürən avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumata münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır: “Xaçmaz rayonu ərazisində yanğın çağırışı ilə əlaqədar hərəkətdə olan Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə maşını hərəkətdə olan "VAZ 2101" markalı minik avtomobillə toqquşub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır”.

Əsas mövzular