13:37 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
35 0 0

Sərnişinlər Sabirabad sakinləri, 2010-cu il təvəllüdlü Məmmədova Zəhra Vüsal qızı, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə Vüsal qızı müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.

 

BAKI, 7 iyul — Sputnik. Sabirabad rayonunun Qalağayın kəndi ərazisində iyulun 6-da baş verən ağır yol qəzası ilə bağlı yeni məlumatlar üzə çıxıb.

APA-nın xəbərinə görə, məlum olub ki, "Prado" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobilinin toqquşması nəticəsində ölən şəxslərdən biri - Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Hüseynov Azər Şakir oğlu 63 saylı Sabirabad I Seçki Dairəsi Dairə Seçki Komissiyasının katibi vəzifəsini tuturmuş.

A. Hüseynov "Prado"nu idarə edirmiş.

Qəza zamanı avtomobildə olan sərnişinlər Sabirabad sakinləri, 2010-cu il təvəllüdlü Məmmədova Zəhra Vüsal qızı, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə Vüsal qızı müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. Sonuncu daxili qanaxma ilə əməliyyata götürülüb.

Onların anası Sabirabad sakini, 1981-ci il təvəllüdlü Məmmədova Nigar İxlas qızı hadisə yerində ölüb.

Əsas mövzular