02:33 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
34 0 0

M.Mustafayev bir neçə gün əvvəl qətlə yetirilib. O, kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb

BAKI, 6 iyul — Sputnik. İyulun 3-də Suraxanı rayonu Hövsan qəsəbəsində Mayıl Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadlla xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunmuşdular.

Buna baxmayaraq, bu gün Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq yenidən bir qrup qəsəbə sakini tərəfindən M.Mustafayev adlı şəxsin "üç" mərasimini təşkil etməyə cəhd göstərilib. Bu cəhdin də qarşısı 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantin qaydarını pozaraq yas mərasimi təşkil etmək istəyən 10 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb.

Qeyd edək ki, M. Mustafayev bir neçə gün əvvəl qətlə yetirilib. O, kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.

Əlaqədar

Bakıda qatil dolaşır: Lənkəranskinin yaxın adamını öldürüb
Kriminal avtoritetin dəfnində iştirak edənlər cərimələnib
Mələk Heydərova işdən çıxarılıb?
Koronavirusla idman zalında “mübarizə” – Yevlaxda reyd keçirildi
Karantin zamanı kef çəkə bilmədi, jurnalistləri təhqir etdi - VİDEO

Əsas mövzular