13:31 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
226 0 0

Naftalan rayonunda qətl törədən şəxs müəyyən edilib. Ana və qızını bıçaqlayan şəxs 1975-ci il təvəllüdlü Məmmədov Zəfər Həsən oğludur

BAKI, 5 iyul – Sputnik. Naftalanda qətl törədilib. 

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Naftalan şəhərində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Elnurə Verdiyeva və qızı, 2002-ci il təvəllüdlü Aysun Həsənova bıçaqlanıb. Nəticədə E.Verdiyeva ölüb, qızı isə belindən aldığı ağır bıçaq xəsarəti ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Naftalan rayonunda qətl törədən şəxs müəyyən edilib. Ana və qızını bıçaqlayan şəxs 1975-ci il təvəllüdlü Məmmədov Zəfər Həsən oğludur.

Artıq Naftalan şəhərində törədilən qətlin bəzi təfərrüatları da məlum olub. Naftalan şəhər sakini, 1979-cu il təvəllüdlü Elnurə Elm qızı Verdiyeva və qızı 2002-ci il təvəllüdlü Aysun Elşad qızı Həsənova ailədaxili münaqişə zəminində bıçaqlanıblar. Hadisəni törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Zəfər Həsən oğlu Məmmədovdur.

Qeyd edək ki, Z. Məmmədovun bıçaqlayaraq qətlə yetirdiyi Elnurə Verdiyevə ikinci həyat yoldaşıdır.

Məlum hadisənin baş vermə səbəbinə gəlincə, Z.Məmmədov sərxoş halda evə gələrək ögey qızını bıçaqlayıb. 18 yaşlı qızı öldürmək istəyən Zəfərin qarşısını həyat yoldaşı kəsir.

Bu zaman gənc qız evdən küçəyə qaçaraq kömək istəyib və ətrafdakılar məsələdən xəbərdar olduğu üçün hadisə yerinə gəliblər.

Əsəbi və sərxoş olan Z.Məmmədov ikinci həya yoldaşı E.Verdiyevaya da bir neçə bıçaq zərbəsi endirib. Ağır halda olan E.Verdiyevanı qonşulardan biri şəxsi avtomobili xəstəxanaya aparmaq istəsələr də, qadın çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Ağır xəsarət alan qız hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən A.Həsənovanın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Z.Məmmədova isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.  Faktla bağlı Naftalan şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Goranboy rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 4-də gecə saat 23 radələrində Naftalan şəhərində yaşadıqları evin yaxınlığında şəhər sakinləri - 1979-cu il təvəllüdlü Elnurə Verdiyevanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, qızı 2002-ci il təvəllüdlü Aysun Həsənovaya isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla cinayətin zərəçəkmişin əri Zəfər Məmmədov tərəfindən ailə-məişət zəminində yaranan mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəfər Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Əsas mövzular