13:49 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
91511

Kəndin sakinləri naməlum şəxslərin təcili yardım avtomobilindən döşək, maska və əlcək atmaqlarını görüblər. Polis indi bu qəribə işin təfərrüatını öyrənməyə çalışır

BAKI, 1 iyul — Sputnik, Zarina Orucəliyeva. Şamaxının Göylər kəndində qəfildən yataq ləvazimatları və tibbi qoruma vasitələrindən ibarət “təpə” yaranıb.

Yerli sakin Nəbi Nəbiyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, naməlum şəxslərin təcili yardım avtomobilindən qəribə zibil boşaltdığını görən kənd adamları xeyli narahat olublar.

Nəbiyevin dediyinə görə, onların kəndində bir nəfər də olsun koronavirusa yoluxan yoxdur.

Sakinlər güman edirlər ki, istifadə olunmuş döşək, əlcək və maskaları yoluxanların müalicə aldıqları xəstəxanadan, ya da mehmanxanadan utilizasiya məqsədilə gətirib atıblar.

Faktla Ekologiya və Təbii Sərvətlər Nazirliyi də maraqlanıb. Hadisə yerinə gedən ekspertlər, doğrudan da kəndin yanında qeyri-adi zibil qalağı aşkarlayıblar.

Araşdırma nəticəsində müəyyən edilib ki, Şamaxı bölgəsində nə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xüsusiləşmiş xəstəxana, nə də karantin oteli var. Hazırda bu məsələ Şamaxı rayon Polis İdarəsinin nəzarətindədir.

Ekoloqlar isə qeyri-qanuni zibilliyin ləğv edilməsi prosesinə nəzarət ediblər.

 

Əlaqədar

Sumqayıtda zibillikdən qumbara tapıldı
Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer
Sumqayıt bulvarı yaxınlığında romantik olmayan mənzərə - FOTO/VİDEO
Tullantılar poliqonuna cavabdeh şəxs cəzalanıb
Bakıda sərt karantin günlərində zibil probleminə çarə

Əsas mövzular