CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərbər şagirdləri bıçaqlaşdılar, ölən var

© AFP 2023 / PATRICIA DE MELO MOREIRAПарикмахерская, фото из архива
Парикмахерская, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qətli törətmiş şəxsin yaşadığı ev basqın ehtimalı səbəbindən Bərdə RPŞ-nin əməkdaşları tərəfindən nəzarətə götürülüb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Bərdə şəhəri Həzi Aslanov küçəsində yerləşən bərbərxanada ölümlə nəticələnən hadisə törədilib.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bərbər Vüsalın şagirdləri - Bərdə şəhər sakini, 16 yaşlı Raul Vüqaroğlu Bərdə rayonu Alaçadırlı kənd sakini, 25 yaşlı Ceyhun Hüsüoğluya mədə nahiyəsindən bıçaqla zərbə endirib. Ceyhun Hüsüoğlu Bərdə rayon  Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı saat 17 radələrində  daxili orqanın qanaxmasından dünyasını dəyişib.

Hadisə yerindən əldə edilən xəbərə görə, qətli törətmiş şəxsin yaşadığı ev basqın ehtimalı səbəbindən Bərdə RPŞ-nin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Onu da qeyd edək ki, hadisənin motivi iki gəncin arasında yaranmış mübahisə vaxtı Ceyhunun Raula qarşı ağır sözlərdən istifadə etməsi ilə izah olunub.

Xəbər lenti
0