Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tərtərdə ağır qəza: ölən və yaralananlar var

© Photo : APATərtərdə minik maşını yük maşını ilə toqquşub
Tərtərdə minik maşını yük maşını ilə toqquşub - Sputnik Azərbaycan
Abunə olmaq
1963-cü il təvəllüdlü Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil hərəkətdə olan yük avtomobili ilə toqquşub

BAKI, 21 iyun – Sputnik. Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil hərəkətdə olan yük avtomobili ilə toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü T.Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0