19:35 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
68 0 0

Dörd nəfərdən üçü üzməyi bacardığı üçün çıxa bilib, ancaq Röyal üzə bilmədiyindən batıb. Onu geri qayıdan dostu da xilas edə bilməyib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. Kürdə batan gəncin meyiti tapıldı.

Bu gün saat 15 radələrində 11 gün əvvəl Kür çayında batan Mirağazadə Röyal Rafiq oğlunun nəşi, nəhayət ki, uzun axtarışlardan sonra tapılıb. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, batan gəncin meyiti hadisə yerindən 1 km aşağıda, "Motor" deyilən ərazidə keşik çəkən kənd sakinləri tərəfindən aşkar edilib.

Onu da qeyd edək ki, hadisə iyunun 5-də Bərdə rayonunun Məmmədli kəndi ərazisində qeydə alınıb. 4 kənd sakini - Göyüşov Özal Yusif oğlu, Poladov Şəhriyar Xasay oğlu, Əliyev Məhəmməd Elşad oğlu və Mirağazadə Röyal Rafiq oğlu mal otarma növbəsində olarkən günorta nahar ediblər. Sonra çimmək üçün çaya giriblər. Birdən çayın burulğanına düşüblər. Dörd nəfərdən üçü üzməyi bacardığı üçün çıxa bilib, ancaq Röyal üzə bilmədiyindən batıb. Sudan çıxan yoldaşlardan biri geri qayıdıb ona kömək etmək istəyib. Ancaq ona çatana qədər Röyal görünməz olub.

Onu da bildirək ki, Röyalın bu ilin oktyabrında 18 yaşı olacaqdı.

Əlaqədar

Yay gəldi, suda batmalar artdı: Bir gündə Kürdə iki nəfər boğuldu
Azərbaycanda bu kəndlər susuz qaldı - Maşınla su verilir
Kür çayına gecə-gündüz keşik çəkirlər - Hallarına acımamaq mümkün deyil

Əsas mövzular