CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yay gəldi, suda batmalar artdı: Bir gündə Kürdə iki nəfər boğuldu

CC0 / anneileino / SummerGöldə batan adam, arxiv şəkli
Göldə batan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çayın Tovuz rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində 2 nəfərin suda boğulduğu bildirilir

BAKI, 15 iyun – Sputnik. Kür çayının Tovuz rayonundan keçən hissəsində 2 nəfər batıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində 2 nəfərin suda boğulduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Çayda batan şəxslər 1974-cü il təvəllüdlü Abulbəyli kənd sakini Həsənov Namiq Əli oğlu və 1986-cı il təvəllüdlü İsnaylov Abbas Hüseyn oğludur.

Hadisənin təfərrüatları araşdırılır.

Xəbər lenti
0