Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dava etdilər, qardaş qardaşı güllələdi

© pixabay / nikolabelopitovОхотничье ружье, фото из архива
Охотничье ружье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb, ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

BAKI, 15 iyun — Sputnik. Astarada qardaşını güllələyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.

C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb, ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Xəbər lenti
0