CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çox sərt karantin: Sumqayıtda kütləvi davada gəncləri bıçaqlayıb öldürdülər

CC BY 2.0 / Lucia Sanchez / KnifeНож, фото из архива
Нож, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Onlardan ikisi ölüb. Ölənlərdən biri ilə yaralanan şəxs qardaşdır

BAKI, 6 iyun — Sputnik. Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub. Bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Onlardan ikisi ölüb. Ölənlərdən biri ilə yaralanan şəxs qardaşdır. 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.

Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.

Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0