CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda ağır qəza: ölənlər var

© Photo : REPORTВ Кюрдамире грузовой автомобиль врезался в "Камаз" и перевернул его
В Кюрдамире грузовой автомобиль врезался в Камаз и перевернул его - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” və “КамАЗ” markalı yük avtomobillərində sıxılı vəziyyətdə qalan sürücülərin meyitlərini çıxarıblar

BAKI, 30 may - Sputnik. Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən ağır qəza olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “DAF” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1995-ci il təvəllüdlü  Aslanov Asəf  Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti
0