CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "pişik əməliyyatı" - VİDEO

CC0 / Pitsch / CatКошка, фото из архива
Кошка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli sakinlər FHN işçilərini çağırsalar da, onlar başqa briqadanın gələcəyini deyərək pişiyi quyudan çıxarmayıblar

BAKI, 24 may — Sputnik. Bakının İçərişəhər ərazisində yerli sakinlər xilasetmə əməliyyatında iştirak ediblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Erkin İbrahimov sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, on gün imiş ki, Qalada üç iri və səkkiz bala pişikdən ibarət "ailəni" yemləyirmiş. Bir neçə gün əvvəl pişiklərdən birinin yoxa çıxdığını görüb. Məlum olub ki, mavru 10 metr dərinliyi olan quyuya düşüb. Yerli sakinlər FHN işçilərini çağırsalar da, onlar başqa briqadanın gələcəyini deyərək pişiyi çıxarmayıblar.

Erkin İbrahimovun sözlərinə görə, sakinlərdən dənizdə işlədiyi deyilən Samir Zeynalovun belinə ip bağlayaraq quyuya sallayıblar. O da pişik balasını sağ-salamat quyudan çıxara bilib: "Allah razı olsun sizdən, qardaşlar! Ləhcənizə, şirin-şirin danışığınıza, iynəli atmacalarınıza qurban olaram! Allah hər zaman ürəyinizcə versin. Bir pişik balasına görə vaxtını, əziyyətini əsirgəməyən gözəl insanlar. Əsas qəhrəman Samir ilə şəkil çəkdirmək istəsəm də, qonşular onun dənizə növbəyə getdiyini dedilər. Samiri bağrıma basıram! Bu çətin zamanlarda belə insanlıq nümünələri cəmiyyət üçün, hər birimiz üçün çox önəmlidir!"

Qeyd edək ki, Erkin İbrahimov idman yazarıdır, xarici mətbuatda Azərbaycan futbolu və ümumiyyətlə idman barədə yazılarla çıxış edir.

Xəbər lenti
0