CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəmaləddin Heydərov qəzaya düşdü, polis günahkarı axtarır

Abunə olmaq
Kəmaləddin Heydərovun xidməti avtomobili paytaxtın hərəkətin intensiv olduğu prospektində "Maserati" ilə toqquşub

BAKI, 21 may — Sputnik. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun avtomobil qəzasına düşməsi ilə bağlı fakt araşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Yol Polisi Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev məlumat verib.

İnsident barədə yol polisindən əlavə şərh verilməyib.

Qeyd edək ki, Azadlıq prospekti ilə Bakıxanov küçələrinin kəsişməsində baş verən yol-nəqliyyat qəzası zamanı FHN rəhbəri avtomobildə olub. Onu hətta hadisə barədə internetdə yayılan videodakı kadrlarda da görmək mümkündür. 

Bildirilir ki, nazirin içində olduğu "Mercedes" avtomobili işıqforun qırmızı işığında "Maserati" ilə toqquşub, çünki onunla eyni istiqamətdə hərəkət edən digər hərəkət iştirakçıları artıq dayanmışdılar. Toqquşmaya rəğmən, hər iki avtomobildə olanlar qəzanı sadəcə yüngül qorxu ilə ötüşdürüblər, maşınların üzərində isə azacıq əziklər meydana gəlib. Heydərovun mühafizəçiləri onu sezdirmədən "Mercedes"in arxasındakı öz maşınlarına əyləşdiriblər.

K.Heydərov da baş verənləri jurnalistlərə şərh edib.

"Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı, deyərdim! Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun!" - nazir deyib.

Xəbər lenti
0