CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücü dəhşətli qəzada yanaraq öldü

© Sputnik / STRQəzaya düşmüş avtomobil. Arxiv şəkli
Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsa Soltanovun idarə etdiyi "ZİL" və Ü.Əbişovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşandan sonra yanğın baş verib

BAKI, 15 may — Sputnik. Masallı rayonunun Həsənli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, mayın 14-də saat 19 radələrində Masallı rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi "ZİL" və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşduqdan sonra "ZİL" markalı avtomobildə yanğın baş verib.

Nəticədə yanıq xəsarəti almış sürücü hadisə yerində ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0