CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şübhənin içindən 23 kq narkotik çıxdı

© State Border Service of Azerbaijan RepublicƏmirzeyidli kəndi yaxınlığında əməliyyat
Əmirzeyidli kəndi yaxınlığında əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona "dayan" əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb

BAKI, 15 may — Sputnik. Sərhəddən narkotik keçirməyə çalışan şəxs tutulub.

Bu barədə Sputnik Azərbaycan-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Məlumata görə, 14 may tarixində, saat 23 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona "dayan" əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

© State Border Service of Azerbaijan RepublicSaxlanılandan şəxsdən götürülən narkotik maddələr
Şübhənin içindən 23 kq narkotik çıxdı - Sputnik Azərbaycan
Saxlanılandan şəxsdən götürülən narkotik maddələr

Saxlanılan şəxsin 1987-ci il təvəllüdlü Füzuli rayonunun Bala Bəhmənli kənd sakini İsmayılov Namiq Tehran oğlu olması müəyyən­ləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 22 kiloqram 915 qram narkotikə oxşar vasitə (3 kq 500 q marixuanaya, 15 kq 700 q heroinə, 3 kq 700 metamfetaminə, 15 q tiryəkə, 450 ədəd "Metadon-40" həbinə, 10 ədəd "Opedul" həbinə və 20 ədəd "tramadol" həbinə oxşar vasitə və həblər ) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0