CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranla sərhəddə insident: hərbçilərə maşınla hücum edən tutuldu

© AFP 2023 / JOE KLAMARГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərhədçilərin cinayət ortağını tutduqlarını müşahidə edən avtomobilin sürücüsü xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerin­dən uzaqlaşıb

BAKI, 9 may — Sputnik. Azərbaycanla İran sərhədində insident olub.

Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 7-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, Cəlilabad rayonunu Qarakazımlı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli VAZ-21011 markalı 10-NF-619 dövlət nömrə nişanlı avtomobilin əra­ziyə yaxınlaşması, avtomo­bildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü, Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Zamanov Daxil Möhbalı oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 10 qram “heroinə” oxşar narkotik vasitə aşkar olunaraq götürülüb.

 D.Zamanovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobilin sürücüsü xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerin­dən uzaqlaşıb.

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış şəxsin saxlanılması istiqa­mə­tində Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonunun ərasində saxlanılıb. Saxlanılmış şəxsin 1987-ci il təvəllüdlü Süleymanov Vasif Fədail oğlu olması və əvvəllər narkotik vasitələrin istifa­dəsinə görə məhkum edilməsi müəyyənləşdiril­ib. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0