CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhəri qəza xəbəri ilə açdıq: Avtobuslar toqquşdu, 8 nəfər yaralandı

© Sputnik / Kamal AlmuradlıHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər

BAKI, 8 may — Sputnik. Sumqayıtda iki marşrut avtobusu toqquşub.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində  3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində 14 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

İlkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilmiş N. Əliyeva və M. Məmişovun vəziyyəti orta-ağırdır.

© Sputnik / Kamal Almuradlı
Hadisə yerində - Sputnik Azərbaycan
1/4
© Sputnik / Kamal Almuradlı
Hadisə yerində - Sputnik Azərbaycan
2/4
© Sputnik / Kamal Almuradlı
Hadisə yerində - Sputnik Azərbaycan
3/4
© Sputnik / Kamal Almuradlı
Hadisə yerində - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0