CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişi ilə qadının mübahisəsi qanlı bitdi, amma bu dəfə rollar dəyişib

© Sputnik / Murad OrujovДевушка с ножом, фото из архива
Девушка с ножом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Mustafayevanın yeri müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

 

BAKI, 7 may — Sputnik. Xəzər rayonu, Şüvəlan qəsəbəsində qadın gənc oğlanı bıçaqlayaraq qaçıb. Sputnik Azərbaycan xəbər verir ki, rayonun Binə qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü Xalid İsmayılov Şüvəlan qəsəbəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Lalə Mustafayeva ilə mübahisə edib.

Mübahisə nəticəsində qadın X.İsmayılovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı qarın nayihəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

Xəzər rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Mustafayevanın yeri müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti
0