05:37 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
57 0 0

İstintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib

BAKI, 6 may – Sputnik. Səbail rayon Məhkəməsində İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. İstintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli Rayon İcra Hakimiyyətində (RİH) xüsusi əməliyyat keçirdiyi və RİH başçısı Vilyam Hacıyevin saxlanıldığı barədə məlumat yayılıb.

Bu gün Prezident İlham Əliyev Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Əsas mövzular