05:45 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
17 0 0

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, "102" Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

 

BAKI, 6 may — Sputnik. Tovuz rayonunda vətəndaşın etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Ağcabədi rayon sakini, 36 yaşlı Zaur Sadıqov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Z.Sadıqov bir neçə ay əvvəl Tovuz rayonu ərazisində rayon sakinini işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edə edən 1 nəfər zərərçəkəni bu üsulla aldadan Z.Sadıqov ümumilikdə onun 1000 manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.

© AR Ministry of Internal Affairs
Zaur Sadıqov

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, "102" Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əlaqədar

Bilərsuvarda polislə qarşıdurmaya görə bir qrup şəxs saxlanılıb
Psixotrop maddəni 20 min manata satmaq istəyən Astara rayon sakini saxlanılıb
Polisdən ən çox şikayət olunan rayonların adları açıqlandı
Orta boylu, gözü çəpdir: ən çox rəhmi gəldiyi adamı cəmi 15 manatlıq aldadıb

Əsas mövzular