Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərhəddə insident: Narkotik qaçaqmalçısı avtomobili hərbçilərin üstünə sürdü

© AP Photo / Alex BrandonГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərəkətini nəzarətdə saxlayıb, ağacın altından bir neçə bağlama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd naryadı ona "dayan" əmri verib.

BAKI, 5 may — Sputnik. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Арест, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda narkotacir 14 kiloqram heroinlə tutuldu

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 4-də 115 kq narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Belə ki, saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

© State Border Service of Azerbaijan Republic
Saxlanılan şəxs - Sputnik Azərbaycan
1/4
© State Border Service of Azerbaijan Republic
Tapılan əşyalar - Sputnik Azərbaycan
2/4
Tapılan əşyalar
© State Border Service of Azerbaijan Republic
Tapılan əşyalar - Sputnik Azərbaycan
3/4
Tapılan əşyalar
© State Border Service of Azerbaijan Republic
Tapılan əşyalar - Sputnik Azərbaycan
4/4
Tapılan əşyalar
1/4
2/4
Tapılan əşyalar
3/4
Tapılan əşyalar
4/4
Tapılan əşyalar

Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərəkətini nəzarətdə saxlayıb, ağacın altından bir neçə bağlama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd naryadı ona "dayan" əmri verib. Lakin həmin şəxs əmrə tabe olmayıb, sərhəd naryadına qarşı müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıb.

Onun saxlanılmasını görən VAZ-2107 markalı avtomobilinin sürücüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək onların həyatına sui-qəsd edib və hadisə yerindən uzaqlaşıb. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib, hazırda saxlanılması üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Наручники, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Cəlilabadda narkotiklə saxlanılan şəxsin silsilə oğurluqları üzə çıxdı

Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Mehdiyev Şükür Əsgər oğlu olması müəyyənləşdirilib, onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və metafetamin növündə narkotik vasitələr, 1 ədəd 9 mm kalibrli "PAK RETAY-11" markalı tapança, 8 ədəd 9 mm kalibrli güllə, 1 ədəd daraq, 1 ədəd 12 kalibrli "Kral maqnium" markalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan "Mahama" markalı güllə aşkar olunub.

Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sər­hədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmışdır, cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olun­ması üzrə zəruri əməliy­yat-istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti
0