Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Postu meşədən qaçaraq keçməyə cəhd edən şəxs saxlanılıb

Abunə olmaq
Karantin rejimi qaydalarını pozduqları üçün sürücü və sərnişini barəsində qanunauyğun tədbirlər görülüb.

BAKI, 2 may — Sputnik. Müəyyən edilən müddətə qədər karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Zaqatala və Qax rayonları arasında yaradılan postda "Mercedes" markalı yük avtomobili saxlanılıb. Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, ancaq sərnişin qismində əyləşən Tərtər rayon sakini Paşa Məmmədovun hər hansısa bir icazəsinin olmadığı müəyyən olunub.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs - Sputnik Azərbaycan
1/2
© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs - Sputnik Azərbaycan
2/2
1/2
2/2

Avtomobildən düşürülən P.Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq polislərin çevikliyi nəticəsində o, və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Karantin rejimi qaydalarını pozduqları üçün onların barəsində qanunauyğun tədbirlər görülüb.

Xəbər lenti
0