Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda quldurluq: Maskalılar avtomobilə basqın edərək külli miqdarda dollar apardılar

© Sputnik / Konstantin ChalabovЗлоумышленник, иллюстративное фото
Злоумышленник, иллюстративное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov saxlanılıblar

BAKI, 30 aprel — Sputnik. Bakıda quldurluq hadisəsi baş verib.

Сотрудники МВД проводят контроль за соблюдением специального карантинного режима в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Quldurun bu hərəkətini ancaq virusa yoluxmamaq istəyi ilə izah etmək olar

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, aprelin 28-i saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10 000 ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Xəbər lenti
0