Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əvvəl qorxdu, sonra sevindi – Bakıda itkin düşən qız tapıldı

© pixabay / Free-PhotosMəktəbli qız, arxiv şəkli
Məktəbli qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nənə nəvəsinin itkin düşdüyünü xəbər verdi, bir gün sonra polis əməkdaşları qızı taparaq ailəsinə qovuşdurdular

BAKI, 17 aprel — Sputnik. Bakıda 12 yaşlı qız itkin düşüb. Sputnik Azərbaycan hüquq mühafizə orqanlarına istinadla xəbər verir ki, aprelin 15-də saat 02:30 radələrində, 1970-ci ildə anadan olmuş, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4 nömrəsiz evdə kirayədə yaşayan vətəndaş Miroşniçenko Mariya Aleksey qızı Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirib ki, 14.04.2020-ci il tarixdə saat təxminən 23:20 radələrində 2008-ci ildə anadan olmuş nəvəsi Miroşniçenko Sima Qrişa qızı yaşadıqları evdən çıxıb və geri qayıtmayıb.

12 PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində itkin düşən 12 yaşlı qız dünən sağ salamat tapılaraq ailəsinə təhvil verilib.

Faktla əlaqədar Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırma aparılır.

Xəbər lenti
0