CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atasından qalan silah başına bəla oldu

© Sputnik / Rahim MuradovЭмблема ППС, фото из архива
Эмблема ППС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis Şöbəsində ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Əliyevin yaşadığı ünvanda odlu silah-sursat gizlətməsi də müəyyən edilib

 

BAKI, 9 aprel — Sputnik. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvələr məhkum olunmuş Cavid Əliyev saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki,  onun üzərində şəxsi axtarış aparılan zaman 1,192 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Polis Şöbəsində ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Əliyevin yaşadığı ünvanda odlu silah-sursat gizlətməsi də müəyyən edilib. Hal şahidlərinin iştirakı ilə onun Zabrat qəsəbəsində yerləşən mənzilinə baxış zaman 1 ədəd “Naqan” sistemli revolver tapança və həmin silaha aid 4 ədəd patron aşkar olunaraq götürülüb. C.Əliyev ifadəsində həmin silah-sursatın ona 2010-cu ildə dünyasını dəyişən atasından qaldığını və saxlanılan günə qədər polisə təhvil verməyərək qanunsuz olaraq gizlətdiyini bildirib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Xəbər lenti
0