03:23 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
39 0 0

Yanğının baş verməsinə səbəb kimi ilkin olaraq mağazalardan birində elektrik qısaqapanmasının ehtimal olunduğu bildirilir

BAKI, 2 aprel – Sputnik. Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində tikinti materialları bazarında yanğın baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğının ərazidəki velosiped satışı ilə məşğul olan mağazadan başladığı bildirilir.

“Bakıxanov qəsəbəsindəki tikinti materialları bazarında baş vermiş yanğın haqqında ilk çağırış saat 00:50-də daxil olub və saat 00:54-də Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası hadisə yerinə cəlb edilib”. Bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.

O qeyd edib ki, yanğın 5000 kvadratmetrlik ərazinin 400 kavadratmetrini əhatə edib. 

Polkovnik Ə.Novruzov yanğının baş verməsinə səbəb kimi ilkin olaraq mağazalardan birində elektrik qısaqapanmasının ehtimal olunduğunu bildirib.

Bazarda baş verən yanğın söndürülüb.

Hazırda FHN əməkdaşları tərəfindən ərazidə konstruksiyaların soyudulması prosesi həyata keçirilir. 

Əsas mövzular