Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda “KamAZ” minik avtomobili ilə toqquşdu, ölən var

© Photo : APAQəza yerində, arxiv şəkli
Qəza yerində, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

BAKI, 28 mart - Sputnik. Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0