22:58 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
371401

Uşaqlarını xəstəxanaya müayinəyə gətirən ana xəstəxanadan sağ çıxmayıb. Hadisəni törətmiş ata polisə təslim olub.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. Bu gün Bərdədə dəhşətli qətl hadisəsi baş verib. Kəlbəcər rayonundan məcburi köçkün İsmət Zamanov həyat yoldaşını üç bıçaq zərbəsi vurmaqla amansızlıqla qətlə yetirib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, hadisə baş verən vaxt İsmət, həyat yoldaşı Zülfiyyə və Zülfiyyənin qardaşı Şəmistan xəstəxanada bir yerdə olublar.

İsmət və Zülfiyyə iki azyaşlı uşaqlarını həkim müayinəsinə gətiriblərmiş. Zülfiyyənin qardaşı Şəmistanın bildirdiyinə görə, İsmət uşaqları ona tapşıraraq bacısı Zülfiyyəni dərman almaq adı ilə götürüb gedib. Xeyli vaxt keçəndən sonra onların qayıtmadığını görəndə Şəmistan uşaqlarla birgə xəstəxananın həyətinə çıxıb. Orada yerə yıxılmış və qan içərisində olan bacısını paltarından tanıyıb. Həmin vaxt bacısını qətlə yetirən İsmət hadisə yerindən uzaqlaşıbmış.

Onu da qeyd edək ki, İsmət Kəlbəcər rayonundan məcburi köçkün kimi Bərdə rayonunun Cəyirli kəndində məskunlaşıb. 7 il əvvəl Bərdə rayonunun Mollalı kəndində yaşayan Zülfiyyə ilə ailə həyat qurub. Onların birgə nikahdan iki övladı var. Birinin 4 yaşı var, digəri isə 8 aylıqdır. Zülfiyyənin ailə üzvlərinin dediyinə görə, evli olan müddətdə münaqişə yaşanmayıb.

Sonda bildirək ki, hadisəni törətmiş İsmət polisə təslim olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əsas mövzular