Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polis silaha əl atdı – Narkotik qaçaqmalçıları vuruldu

© Sputnik / Andrey Stanavov / Mediabanka keçidKişi əlində tapança ilə, arxiv şəkli
Kişi əlində tapança ilə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tutulmuş şəxslərin istifadəsində olan avtomobillərə baxış keçirilərkən ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitələr - heroin, tiryək, marixuana və metamfetamin aşkar edilib götürülüb.

BAKI, 21 mart — Sputnik. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 20-dən 21-nə keçən gecə saat 2 radələrində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələri gizli saxlanc yerindən götürməyə cəhd göstərən 8 nəfər saxlanılıb.

Şahsevən kəndi yaxınlığında - Sputnik Azərbaycan
HADİSƏ
Sərhəddə atəş açıldı – Ölkəmizə qanunsuz keçmək istəyən silahlılr zərərsizləşdirildi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən polisin qanuni tələblərinə tabe olmayaraq idarə etdikləri avtomobilləri onların üzərinə sürərək həyat və sağlamlıqları üçün real təhlükə yaratdıqlarından polis əməkdaşları xidməti silah tətbiq ediblər. Bu zaman cinayətin iştirakçılarından ikisi yaralanıb.

Tutulmuş şəxslərin istifadəsində olan avtomobillərə baxış keçirilərkən ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitələr - heroin, tiryək, marixuana və metamfetamin aşkar edilib götürülüb.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti
0