Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda qətlə görə həbsdə olmuş şəxs güllələndi

© pixabay / nikolabelopitovОхотничье ружье, фото из архива
Охотничье ружье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalarla əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunan Q.Teymurova xəsarətin Şağan qəsəbəsi ərazisində qəsəbə sakini R.Sultanzadənin münaqişə zəminində tüfəngdən açdığı atəşlə yetirildiyi müəyyən edilib.  

BAKI, 21 mart – Sputnik. Bakıda Xəzər rayon sakini R.Sultanzadə münaqişə zəminində tüfəngdən açdığı atəşlə Q.Teymurova xəsarət yetirib.

Şahsevən kəndi yaxınlığında - Sputnik Azərbaycan
HADİSƏ
Sərhəddə atəş açıldı – Ölkəmizə qanunsuz keçmək istəyən silahlılr zərərsizləşdirildi

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, martın 20-də Xəzər rayonunun Şağan qəsəbə sakini Q.Teymurovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə 1-ci Polis Şöbəsinə məlumat daxil olub.   

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunan Q.Teymurova xəsarətin Şağan qəsəbəsi ərazisində qəsəbə sakini R.Sultanzadənin münaqişə zəminində tüfəngdən açdığı atəşlə yetirildiyi müəyyən edilib.  

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Sultanzadə saxlanılıb. Cinayəti törədərkən istifadə etdiyi “Özkanarms” markalı ov tüfəngi ondan götürülüb.  

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti
0