Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərhəddə atəş açıldı – Ölkəmizə qanunsuz keçmək istəyən silahlılr zərərsizləşdirildi

© State Border Service of Azerbaijan RepublicŞahsevən kəndi yaxınlığında
Şahsevən kəndi yaxınlığında - Sputnik Azərbaycan
Abunə olmaq
Sərhəd pozucularının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı tapança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunub

BAKI, 20 mart — Sputnik. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2020-ci ilin 19 mart tarixində 22:20 radələrində Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub.

© State Border Service of Azerbaijan RepublicŞahsevən kəndi yaxınlığında
Sərhəddə atəş açıldı – Ölkəmizə qanunsuz keçmək istəyən silahlılr zərərsizləşdirildi - Sputnik Azərbaycan
Şahsevən kəndi yaxınlığında

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq, silah tətbiq olunub və hər 2 sərhəd pozucusu zərərsizləşdirilib. Sərhəd pozucularının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı tapança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunub.

© State Border Service of Azerbaijan RepublicŞahsevən kəndi yaxınlığında
Sərhəddə atəş açıldı – Ölkəmizə qanunsuz keçmək istəyən silahlılr zərərsizləşdirildi - Sputnik Azərbaycan
Şahsevən kəndi yaxınlığında

Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitələr aşkar olunub.

Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Nicat Sabir oğlu ve 2-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şübhəli şəxs qismində saxlanılıb.

İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucularının İİR vətəndaşları olmaları müəyyən edilib.

© State Border Service of Azerbaijan RepublicŞahsevən kəndi yaxınlığında
Sərhəddə atəş açıldı – Ölkəmizə qanunsuz keçmək istəyən silahlılr zərərsizləşdirildi - Sputnik Azərbaycan
Şahsevən kəndi yaxınlığında

Martın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev həmin sərhəd zastavasında olaraq hadisə yerinə baxış keçirib, dövlət sərhədinin mühafizəsinin təşkili üzrə əlavə tapşırıqlar verib, silahlı sərhəd pozucularının zərərsizləşdirilməsində və narkotik qaçaqmalçılığının qarşısının alınmasında fərqlənmiş hərbi qulluqçuları təltif edib. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı təbrik sözlərini sərhəd zastavasının şəxsi heyətinə çatdırıb və bu bayram münasibətilə təbrik edib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Xəbər lenti
0